...

2026-cı il ən isti illərdən biri ola bilər – Alimlərdən xəbərdarlıq

Dünya xəbərləri Materials 19 Dekabr 2025 18:56 (UTC +04:00)
2026-cı il ən isti illərdən biri ola bilər – Alimlərdən xəbərdarlıq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il orta qlobal temperaturun 1,4 °C həddini aşdığı ardıcıl dördüncü il ola bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Meteorologiya İdarəsi (Met Office-ing) məlumat yayıb.

Alimlərin proqnozlarına görə, istiliyi atmosferdə saxlayan istixana qazlarının planetin isinməsini davam etdirməsi fonunda 2026-cı il hava ilə bağlı müşahidələrin aparılmağa başladığı andan bəri ən isti illərdən biri olacaq.

2025-ci ilin yanvar–noyabr ayları üzrə qlobal orta temperatur sənayeöncəsi səviyyədən 1,48°C yüksək olub.

Hələlik 2024-cü il müşahidələr aparılmağa başlanandan bəri ən isti il olaraq qalır və 1850–1900-cü illər bazis dövrü ilə müqayisədə temperaturun ilk dəfə 1,5°C həddini aşdığı il kimi tarixə düşüb.

Tədqiqatçılar temperaturun sənayeöncəsi dövrün orta göstəricisi ilə müqayisədə 1,34°C–1,58°C aralığında olacağını proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti