Bakı. Trend:
"Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması müəyyənləşib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzeti redaksiyalarına maliyyə yardımı barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
|
Qəzet redaksiyaları |
Qəzetlərin illik tirajı (nüsxə ilə) |
Hər bir nüsxənin həcmi (səhifə ilə) |
Qəzet kağızına illik tələbat (tonla) |
|
“Azərbaycan” |
2100 min |
10 |
148 |
|
“Xalq” qəzetinin redaksiyası” MMC |
1700 min |
10 |
123 |
|
“Bakinski raboçi” qəzetinin redaksiyası” MMC |
166 min |
10 |
12 |
