...

ABŞ-də oğurlanmış təyyarə aeroportun binasına çırpılıb

Dünya xəbərləri Materials 19 Dekabr 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Los-Anceles şəhərində uçuş məktəbinin ərazisindən oğurlanmış kiçik təkmühərrikli təyyarə aeroportun binasına çırpılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, naməlum şəxs aeroportun ərazisinə daxil olaraq “Cessna” təlim təyyarəsini qaçırıb və hava nəqliyyat vasitəsini idarə etməyə çalışan zaman anqara çırpıb.

Hüquq mühafizə orqanlarının bildirdiyinə görə, şübhəli şəxs təyyarəni havaya qaldırmağa nail olmayıb və qanunsuz basqın, təyyarə qaçırma ittihamları üzrə saxlanılıb.

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun əməkdaşları da cəlb səfərbər olunub. Şübhəli şəxsin kimliyi və onun bu addımının motivləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti