...

Elektron siqaretlərlə bağlı qadağa gələn ilin aprelində qüvvəyə minəcək

Cəmiyyət Materials 19 Dekabr 2025 13:30 (UTC +04:00)
Elektron siqaretlərlə bağlı qadağa gələn ilin aprelində qüvvəyə minəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla qanunun qüvvəyə minmə müddətinin fevralın 1-dən deyil, uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edirik.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyəti qurumlar tərəfindən hər cür dəstək verilməsini vacib hesab edilir:

“Elektron siqaretlərin qadağan edilməsindən, yəni qanunun qüvvəyə minməsindən sonra biznesin bu seqmenti üzrə “qara bazar”ın yaranmasına, qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları ciddi önləyici tədbirlər görməlidirlər. Və bu tədbirlər ardıcıl və paralel olaraq sistemli maarifləndirmə işləri ilə müşayiət edilməli və tamamlanmalıdır. Eyni zamanda qanunun səmərəli icrasını təmin etmək üçün effektiv institusional mexanizm yaradılmalı, icraçı qurumların səlahiyyət və məsuliyyətləri dəqiq müəyyənləşdirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti