Bakı. Trend:
Ukraynaya planlaşdırılan 90 milyard avroluq kreditin maliyyələşdirilməsi iştirakçı ölkələr üçün ildə təxminən 3 milyard avro xərc deməkdir.
Trend xəbər verir ki, bu barədə DPA xəbər agentliyi Avropa diplomatlarına istinadla məlumat yayıb.
Agentliyin hesablamalarına görə, uzunmüddətli perspektivdə bu, Almaniya üçün illik təxminən 700 milyon avro əlavə xərc yarada bilər.
DPA qeyd edir ki, milli töhfələr hər bir ölkənin iqtisadi gücünə əsasən hesablanır. Eyni zamanda, Macarıstan, Slovakiya və Çexiyanın Kiyevə yardım paketinin maliyyələşdirilməsindən azad olunması barədə razılıq əldə edilib.
Bundan əvvəl Avropa İttifaqı sammitinin iştirakçıları Kiyevə “təzminat krediti” adı altında dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi məsələsində razılığa gələ bilməmişdilər. Bunun əvəzinə, Aİ ölkələrinin kollektiv kreditləri hesabına Ukraynaya 90 milyard avro məbləğində faizsiz kreditin verilməsi qərara alınmışdı.