...

Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb - Qevork Papoyan

Siyasət Materials 19 Dekabr 2025 14:18 (UTC +04:00)
Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb - Qevork Papoyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

1300 ton həcmində "A95" markalı Azərbaycanın benzini daşıyan 22 vaqon Azərbaycan-Gürcüstan –Ermənistan dəmiryolu ilə Ermənistan ərazisinə daxil olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Qevork Papoyan öz rəsmi “Facebook” səhifəsində yazıb.

“Bu, Ermənistan və Azərbaycan üçün təkcə iki ölkə arasında sülhün bərqərar olmasından sonra deyil, ümumilikdə müstəqillik əldə edilməsindən sonra baş verən ilk ticarət-iqtisadi əməliyyatdır”, – deyə Papoyan qeyd edib.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti