...

ABŞ-də hərbi bazada atışma olub

Dünya xəbərləri Materials 19 Dekabr 2025 23:43 (UTC +04:00)
ABŞ-də hərbi bazada atışma olub

Bakı. Trend:

ABŞ-nin Arizona ştatında yerləşən “Luke” Hərbi Hava Qüvvələri bazasında naməlum bir şəxs tərəfindən atəş açılması faktı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə bazanın rəsmi “Facebook” səhifəsində paylaşılmış açıqlamada məlumat verilib.

Bildirilib ki, atışma ilə bağlı daxil olan məlumatlar əsasında “Luke” bazasında müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir. Şəxsi heyətə olduqları yerlərdə qalmaq və təhlükəsiz sığınacaqlara keçmək göstərişi verilib.

Hazırda hadisə nəticəsində xəsarət alanların olub-olmaması və atəş açan şəxsin şəxsiyyəti ilə bağlı hər hansı məlumat açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti