...

Özbəkistandan Azərbaycana pul köçürmələrinin həcmi artıb

İqtisadiyyat Materials 19 Dekabr 2025 12:12 (UTC +04:00)
Özbəkistandan Azərbaycana pul köçürmələrinin həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Özbəkistana fiziki şəxslər tərəfindən göndərilmiş pul köçürmələrinin həcmi 2,8 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayiəsəd 1,1 milyon ABŞ dolları və ya 27,8 faiz azdır.

İnformasiyaya görə, Azərbaycandan xaricə göndərilmiş pul köçürmələrinin ümumi həcmində Özbəkistanın payı 0,8 faiz təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında Özbəkistan vətəndaşlarının Azərbaycana göndərdiyi pul köçürmələrinin həcmi 11 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 34% çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Özbəkistan vətəndaşlarının Azərbaycana göndərdiyi pul köçürmələrinin həcmi 8,2 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti