Bakı. Trend:
ABŞ Dövlət Departamenti bu il prezident Donald Trampın təşəbbüsü ilə başladılan qanunsuz mühacirətə qarşı kampaniya çərçivəsində 85 min vizanı (qeyri-miqrasiya vizası nəzərdə tutulur –red.) ləğv edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin 2025-ci il üzrə yekun hesabatında deyilir.
“Dövlət Departamenti deportasiyaların sürətləndirilməsi və sadələşdirilməsi məqsədilə təhlükəsiz üçüncü ölkə barədə yeddi saziş imzalayıb və bu ilin yanvar ayından etibarən 85 mindən çox qeyri-miqrasiya vizasını ləğv edib”,- hesabatda qeyd olunur.
Qeyd edək ki, dekabrın 18-i ABŞ-nin Daxili Təhlükəsizlik naziri ABŞ-da yaşamaq icazəsi verən “qrin kart” proqramının dərhal dayandırılmasına göstəriş verib.
