...

Paytaxtda pirotexniki vasitələrin satıldığı anbar aşkarlanıb

Gündəm Materials 19 Dekabr 2025 12:21 (UTC +04:00)
Paytaxtda pirotexniki vasitələrin satıldığı anbar aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb. Onun həmin ticarət mərkəzi və Suraxanı rayonunda yerləşən anbarlarından yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb. Araşdırma aparılır.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti