...

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb

Cəmiyyət Materials 19 Dekabr 2025 12:41 (UTC +04:00)
Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb.

Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, qeysəriyyə əməliyyatlarının sayı 26 min 285 olub və 2024-cü il ilə müqayisədə 9 faiz azalma deməkdir:

“Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3 926 olub və bu da əvvəlki il ilə müqayisədə 6 faiz azalma deməkdir. TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti