Bakı. Trend:
Qısa müddətdə Respublika Pediatriya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası üçün də müvafiq ISO sertifikatların alınması planlaşdırılır.
Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, artıq keyfiyyətin idarə edilməsi, risklərin
idarə edilməsi, vətəndaş müraciətləri və şikayətlərinin idarə
edilməsi sistemi üzrə ISO sertifikatları əldə olunub.
“2019-cu ildən başlayaraq TƏBİB tabeli tibb müəssisələrində tibbi
xidmət üzrə keyfiyyət standartlarının tətbiqinə başlanılıb. Həmin
tibbi xidmət standartlarına Təcili tibbi yardım, Əməliyyatxana,
Böhran vəziyyətlərinin idarə edilməsi, Endoskopiya, Biokimyəvi
laborator xidmətlər və s. tibbi xidmət sahələri aiddir. Onlardan
bir çoxları tibb müəssisələrində uğurla icra olunmaqdadır”.
