Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla İsveçrə arasında ticarət əməliyyatlarının həcmi 890,3 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 466,7 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Hesabat dövründə İsveçrə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan İsveçrəyə 411,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 218,2 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Hesabat dövründə İsveçrəyə ixrac olunan məhsulların 315,2 milyon manatını qeyri-neft məhsulları təşkil edib ki, bu da illik müqayisədə 121,7 milyon dollar və ya 1,6 dəfə çoxdur.
Dövr ərzində İsveçrəyə qeyri-neft məhsulları ixracı ümumi ixraca nisbətən 9,50% paya malik olub. Bu göstərici ilə İsveçrə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 3–cü pillədə qərarlaşıb.
Bundan başqa, bu ilin ilk 11 ayında Azərbaycandan İsveçrəyə 96,6 milyon ABŞ dolları dəyərində 172,9 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövründə İsveçrəyə sözügedən məhsulların ixracı qeydə alınmayıb.
Hesabat dövründə İsveçrədən Azərbaycana isə 478,4 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 248,5 milyon ABŞ dolları və ya 2,1 dəfə artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.
Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır.
