...

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı Bəyanat qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 19 Dekabr 2025 12:09 (UTC +04:00)
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı Bəyanat qəbul edib (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisi Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı Bəyanat qəbul edib.

Trend xəbər verir ki, bu məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Bəyanatın qəbul edilməsi üçün Komissiya yaradılıb.

Şahin İsmayılov Komissiyanın sədri, Fəzail İbrahimli, Bəhruz Məhərrəmov, Zaur ŞükürovPərvanə Vəliyeva isə Komissiyanın üzvləri seçiliblər.

Milli Məclisin üzvləri çıxışlar edərək Avropa Parlamnentinin Azərbaycan əleyhinə qətnaməsini qətiyyətli şəkildə pisləyərək rədd ediblər.

Komissiyanın sədri Ş.İsmayılov Bəyanatın mətnini oxuyub.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti