Bakı. Trend:
Burak Yılmaz yenidən "Qaziantep"in baş məşqçisi vəzifəsinə təyin olunub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Burak Yılmaz dekabrın 15-də öz istəyi ilə tutduğu postdan istefa vermişdi.