...

Zlatan İbrahimoviçin oğlu “Milan”la ilk peşəkar müqaviləsini imzalayıb

İdman Materials 20 Dekabr 2025 02:53 (UTC +04:00)
Zlatan İbrahimoviçin oğlu “Milan”la ilk peşəkar müqaviləsini imzalayıb

Bakı. Trend:

Zlatan İbrahimoviçin oğlu “Milan”la ilk peşəkar müqaviləsini imzalayıb.

Trend xəbər verir ki, Vinsent İbrahimoviç 17 yaşındadır və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. İtaliya klubunun açıqlamasında deyilir:

"Milan" FK Vinsent Zlatan Seqer İbrahimoviçlə ilk peşəkar müqavilənin imzalandığını məmnuniyyətlə elan edir. O, gənc istedadların hazırlanması və inkişafına həsr olunmuş "Milan Futuro" layihəsinin bir hissəsi olacaq”.

Qeyd edək ki, Vinsentin böyük qardaşı Maksimilian İbrahimoviç artıq “Milan”da çıxış edir və klubun U19 komandasında oynayır.

Xəbər lenti

Xəbər lenti