...

Azərbaycan və BƏƏ arasında pul köçürmələrinin həcmi artıb

İqtisadiyyat Materials 19 Dekabr 2025 12:34 (UTC +04:00)
Azərbaycan və BƏƏ arasında pul köçürmələrinin həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan olan fiziki şəxslərin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) göndərdiyi pul köçürmələrinin həcmi 15,515 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,16 milyon ABŞ dolları və ya 36,6% çoxdur.

Belə ki, hesabat dövründə BƏƏ-nin Azərbaycandan ölkəxaricinə göndərilən pul köçürmələrinin ümumi həcmindəki payı 4,3% təşkil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində BƏƏ-dən Azərbaycana göndərilən pul köçürmələrinin həcmi 29,835 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,526 milyon ABŞ dolları və ya 28% çoxdur.

Məlumata görə, hesabat dövründə BƏƏ-nin Azərbaycana ölkəxaricindən gələn pul köçürmələrinin ümumi həcmindəki payı 3,5% təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti