...

Təcili tibbi yardım xidmətinin rəqəmsallaşdırılması üçün platforma yaradılır

Cəmiyyət Materials 19 Dekabr 2025 13:08 (UTC +04:00)
Təcili tibbi yardım xidmətinin rəqəmsallaşdırılması üçün platforma yaradılır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması təcili tibbi xidmətlərin keyfiyyətinin və operativliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu rəqəmsal sistem təcili tibbi yardıma olan çağırışlara daha çevik reaksiya verilməsinə imkan yaradaraq institusional idarəetməni müasir standartlara uyğunlaşdırmaqda mühüm rol oynayacaq:

"Həmçinin GPS əsaslı izləmə mexanizmləri, xəritə üzərindən real vaxt idarəetmə, briqadaların yüklülüyünün avtomatik hesablanması və operativ marşrutlaşdırma kimi imkanlar tətbiqi ilə bağlı funksionallıqların yaradılması üzrə işlər hazırda davam etdirilir. Məlumat axınının tam elektronlaşdırılması gələcəkdə həm çağrışların emal sürətini artırmağa, həm də xidmətin şəffaflığı yüksəldilməsinə gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti