Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanla bağlı ağır vəziyyət barədə xəbərdarlıq edib və ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında davam edən döyüşlər səbəbindən insanların öz evlərini tərk edərək təhlükəsiz yerlərə sığınmağa çalışdıqlarını bildirilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Sudan missiyasının rəhbəri Mohamed Refaat Cenevrədə keçirilən mətbuat konfransında deyib ki, ölkədəki döyüşlər səbəbindən Sudan xalqı öz iradəsi ilə deyil, yalnız təhlükəsiz yer tapmaq üçün hərəkət edir.
Refaat bildirib ki, Kurdufan bölgəsində oktyabr ayından bu yana 50 minə qədər insan təhlükəsiz zonalara keçib. O, vəziyyətin təhlükəli olduğunu və daha çox insanın məcburi köçünə səbəb olacağını vurğulayıb.
Qeyd edək ki, Sudanda 2023-cü ilin aprelindən bəri ordunun və XDQ-nin qarşıdurması nəticəsində yaranan böhran insan tələfatına və kütləvi köçə səbəb olub.