Bakı. Trend:
TƏBİB və Səhiyyə Nazirliyi funksional olaraq fərqli qurumlardır.
Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ölkədə səhiyyə siyasətini tənzimləyən, TƏBİB isə icraedici qurumdur:
"TƏBİB tibbi xidməti təşkil edən qurumdur. Nəzarət mexanizmləri isə Səhiyyə Nazirliyinin səlahiyyətidir. Bizim məqsədimiz vətəndaşlar üçün tibbi xidmətin əhatəliliyini təşkil etməkdir",- deyə Qurbanov bildirib.
