...

Motodəbilqə taxmadan moped idarə edənlər 40 manat cərimələnəcək

Cəmiyyət Materials 19 Dekabr 2025 13:00 (UTC +04:00)
Motodəbilqə taxmadan moped idarə edənlər 40 manat cərimələnəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri mopeddə daşımağa görə 40 manat məbləğində cərimə ediləcək.

Həmçinin, velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələnəcək.

Belə ki:

  • svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
  • sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
  • yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
  • sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
  • nasaz nəqliyyat vasitəsindən istifadə etməyə;
  • piyadaların hərəkətinə maneə yaradılmasına;
  • keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə

40 manat məbləğində cərimə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti