...

Platin rekord səviyyədə bahalaşıb

Dünya xəbərləri Materials 19 Dekabr 2025 23:11 (UTC +04:00)
Platin rekord səviyyədə bahalaşıb

Bakı. Trend:

Nyu-York Ticarət Birjasında (NYMEX) 2026-cı ilin yanvar ayı üçün platin füçerslərinin qiyməti bir troya unsiyasına görə 2 000 dolları keçib.

Trend xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Bildirilir ki, bu, 15 iyul 2008-ci ildən bəri ilk dəfə baş verib.

Məlumata görə, ilin əvvəlindən bəri qiymətli metalın qiyməti iki dəfədən çox, 115.39%, dekabrın əvvəlindən isə 16.46% artıb.

Xəbər lenti

Xəbər lenti