...

Britaniya limanında 100 milyon funt sterlinqlik kokain müsadirə edilib

Dünya xəbərləri Materials 28 İyun 2025 22:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada səlahiyyətli qurumlar ölkənin limanlarından birində təxminən 100 milyon funt sterlinq (137,2 milyon dollar) dəyərində 2,4 ton kokain ələ keçirib.

Trend-in "Sky News"a istinadən verdiyi məlumata görə, narkotik vasitə Panamadan gələn gəminin konteynerlərində gizlədilmiş formada Esseks qraflığının Terrok şəhərində yerləşən London Qeytvey limanında aşkar olunub.

Bu barədə açıqlama verən Böyük Britaniya Sərhəd Qüvvələrinin rəhbəri Çarli İsto bildirib: “Bu ələ keçirmə – bu miqyasda ən böyüklərdən biri – sərhəd qüvvələrinin cinayətkar dəstələrin təhlükəsinə qarşı daim bir addım öndə olmasının bariz nümunəsidir”.

Məlumata görə, bu əməliyyat Böyük Britaniya tarixində altıncı ən böyük kokain müsadirəsi hesab olunur.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin son statistikalarına əsasən, 2022–2023-cü illər arasında İngiltərə və Uelsdə kokainlə bağlı ölüm hallarında 31 faiz artım qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti