...

Pol Poqba karyerasını “Monako”da davam etdirəcək

İdman Materials 28 İyun 2025 23:14 (UTC +04:00)
Pol Poqba karyerasını “Monako”da davam etdirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransalı yarımmüdafiəçi Pol Poqba “Monako” futbol klubuna keçib.

Trend xəbər verir ki, knyazlıq klubundan rəsmi açıqlama yayımlanıb. 32 yaşlı futbolçu ilə 2027-ci ilin iyunun sonunadək müqavilə imzalanıb.

Poqba əvvəlki karyerasında “Mançester Yunayted” və “Yuventus” kimi nüfuzlu klublarda çıxış edib. O, həmçinin Fransa milli komandası ilə 2018-ci il Dünya Çempionatının qalibi olub.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Poqbanın antidopinq analizinin cavabı müsbət çıxmış və o, 2024-cü ilin fevralında 4 illik diskvalifikasiya almışdı. Lakin futbolçunun apelyasiyasından sonra Beynəlxalq Arbitraj Məhkəməsi cəza müddətini 18 aya endirib.

Xəbər lenti

Xəbər lenti