...

Klublararası dünya çempionatı: “Çelsi” 1/4 finala yüksəldi (ƏLAVƏ OLUNUB)

İdman Materials 29 İyun 2025 04:51 (UTC +04:00)
Klublararası dünya çempionatı: “Çelsi” 1/4 finala yüksəldi (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də keçirilən Klublararası dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində “Benfika” və “Çelsi” komandaları qarşılaşıb.

Trend-in məlumatına görə, gərgin keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Lakin əlavə vaxtda təşəbbüsü ələ alan “Çelsi” ardıcıl 3 qol vuraraq oyunu 4:1 hesablı qələbə ilə tamamlayıb və 1/4 finala vəsiqə qazanıb.

Növbəti mərhələdə London təmsilçisi “Palmeyras” ilə qarşılaşacaq. Braziliya klubu daha əvvəl “Botafoqo”nu məğlub edərək 1/4 finala yüksəlmişdi.

XXX

00:10

ABŞ-də keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Braziliya təmsilçiləri “Palmeyras” və “Botafoqo” qarşılaşıb.

Trend-in məlumatına görə, gərgin keçən oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda fərqlənən “Palmeyras” minimal hesabla (1:0) qalib gələrək 1/4 finala yüksəlib.

“Palmeyras” növbəti mərhələdə Portuqaliyanın “Benfika” və İngiltərənin “Çelsi” klubları arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti