Bakı. Trend:
Pakistanın şimal bölgəsində baş verən daşqınlar nəticəsində azı 32 nəfər həlak olub.
Trend-in məlumatına görə, ölənlər arasında 16 uşaq, eləcə də yardım gözləyərkən su altında qalan turist ailəsi də var.
240 milyondan çox əhalisi olan Pakistan, təbii fəlakətlərə, xüsusilə daşqınlara qarşı həssas ölkə kimi tanınır. Ölkə iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşməkdə davam edir.
Xatırladaq ki, 2022-ci ildə Pakistanda daşqınlar nəticəsində ən azı 1700 nəfər həyatını itirmiş, milyonlarla insan evsiz qalmışdı. Hazırkı hadisə də ölkədə təbii fəlakətlərə qarşı tədbirlərin gücləndirilməsi zərurətini bir daha gündəmə gətirib.