Bakı. Trend:
Fransa Rusiyaya qarşı Avropa İttifaqının 18-ci sanksiyalar paketinin yaxın günlərdə razılaşdırılacağını gözləyir.
Trend-in məlumatına görə, bu barədə Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-Noel Barrot LCI telekanalına açıqlamasında bildirib.
O qeyd edib ki, Avropa İttifaqı bu məsələdə ABŞ Konqresinin senatorları ilə səylərini əlaqələndirir və sanksiyaların effektivliyini artırmaq üçün transatlantik əməkdaşlıq vacib rol oynayır.
Qeyd edək ki, Aİ daha əvvəl Rusiyaya qarşı iqtisadi və maliyyə sektoru da daxil olmaqla 17 sanksiya paketi tətbiq edib. Yeni paketdə texnologiyalar, enerji sektoru və üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınma hallarına qarşı əlavə tədbirlərin nəzərdə tutulacağı gözlənilir.