Bakı. Trend:
Rusiyanın Vladivostok şəhərində supermarketlərin birində qaz sızması aşkar edilib.
Trend-in məlumatına görə, işçilər və alıcılar arasına huşunu itirmə halları da daxil olmaqla zəhərlənmə əlamətləri müşahidə olunub.
Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər gəlib.
Prokurorluq hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırmalara başlayıb. Qaz sızması nəticəsində səkkiz nəfərin zəhərləndiyi bildirilib.