...

Almaniyanın “Velaro Novo” sürət qatarı 405 km/saat sürətlə sınaqdan keçdi

Dünya xəbərləri Materials 29 İyun 2025 08:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın “Deutsche Bahn” və “Siemens” şirkətləri birgə istehsal etdikləri yeni nəsil “Velaro Novo” yüksək sürətli sərnişin qatarını Erfurt–Leypsiq marşrutu üzrə sınaqdan keçiriblər.

Trend xəbər verir ki, sınaq zamanı qatar 405 km/saat sürətə çataraq bu marşrut üzrə rekord müəyyən edib. Test zamanı “Velaro Novo” modeli xüsusi ölçü cihazları ilə təchiz edilmiş vaqonda “ICE” lokomotivi tərəfindən çəkilib.

Hazırda “Velaro Novo” sərnişindaşımalarda istifadə edilmir. Bununla belə, sınaqlar yüksək sürətli dəmir yolu xətlərinin təmir və texniki inkişafı baxımından önəmli məlumatların toplanmasına xidmət edir. Yeni modelin istifadəyə veriləcəyi tarix və format hələ açıqlanmayıb.

Qeyd edək ki, mövcud “ICE” qatarlarının əksəriyyəti 300 km/saat, “ICE 4” modelləri isə maksimum 265 km/saat sürətlə hərəkət edə bilir. Lakin Almaniyada stansiyalararası məsafələrin qısalığı və infrastrukturun yüklənməsi səbəbindən bu sürətlərə nadir hallarda çatılır.

Erfurt–Leypsiq xətti 2015-ci ildə istifadəyə verilib və yüksək sürət üçün uyğunlaşdırılıb. Bu marşrut üzrə əvvəlki rekord 333 km/saat idi. “Deutsche Bahn” xəttin bu gün də əla texniki vəziyyətdə olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti