...

ABŞ- nin dövlət xərclərinin azaldılması ilə bağlı qanun Senatda səsvermədən keçib

Dünya xəbərləri Materials 29 İyun 2025 08:54 (UTC +04:00)
ABŞ- nin dövlət xərclərinin azaldılması ilə bağlı qanun Senatda səsvermədən keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyasının təşəbbüsü ilə hazırlanmış dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsi Konqresin Senatında prosessual səsvermədən keçib.

Trend-in məlumatına görə, sənədi 51 senator dəstəkləyib, 49 senator isə əleyhinə səs verib. Yekun səsvermənin yaxın günlərdə keçirilməsi gözlənilir.

Hazırda Konqresin hər iki palatasına nəzarət edən Respublikaçılar iyulun 4-dən gec olmayaraq qanun layihəsinin təsdiqini təmin etməyə çalışdıqlarını açıqlayıblar.

Tramp qanun layihəsini “vahid, iri, gözəl sənəd” adlandırıb. Sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Eyni zamanda, layihədə müdafiə xərclərinin artırılması, xüsusən “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılması və sərhəd nəzarətinin gücləndirilməsi kimi sahələrdə xərclərin artırılması da əksini tapıb.

Xəbər lenti

Xəbər lenti