Bakı. Trend:
İtaliya çempionu “Napoli” “Liverpul”un hücumçusu Darvin Nunyesə marağını saxlayır, lakin əsas diqqətini “Udineze”nin forvardı Lorenso Lukkaya yönəldib.
Trend xəbər verir ki, klub Lukkanı Romelu Lukaku üçün ideal tərəfdaş kimi görür və Lukka ilə bağlı görüşlər bazar ertəsi və çərşənbə axşamı keçiriləcək.
Qeyd olunur ki, bu seçim əsasən futbolçuların oyun xüsusiyyətləri ilə bağlıdır, büdcə faktorundan çox futbolun tələbləri nəzərə alınır. “Napoli” digər mövqeləri gücləndirmək üçün isə böyük məbləğlər xərcləməyə hazırdır.
Lorenso Lukka 2024/25 mövsümündə A Seriyasında “Udineze”nin heyətində 12 qol vuraraq, komandanın ən yaxşı bombardiridir.