...

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib (FOTO)

Cəmiyyət Materials 29 İyun 2025 13:54 (UTC +04:00)
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

29 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub və imtahandan xaric edilib.

İyunun 30-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti