Bakı. Trend:
Serbiyanın paytaxtı Belqradda iğtişaşlar nəticəsində 48 polis əməkdaşı yaralanıb, biri azyaşlı olmaqla 77 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Serbiya polisinin direktor müavini Deyan Lukoviç məlumat verib.
Onun sözlərinə görə, polis cinayət əməlləri ilə bağlı 35, inzibati xətalar üzrə isə 22 vəsatət vermək niyyətindədir.
D.Lukoviç qeyd edib ki, yarananlardan biri - jandarma zabiti ağır bədən xəsarətləri alıb, lakin onun həyatı üçün təhlükə yoxdur və vəziyyəti stabildir. Qalan xəsarətlər yüngül qiymətləndirilir.