Bakı. Trend:
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanların episentri təxminən 236 min nəfər əhalisi olan Dera Qazi Xan şəhərindən 78 km şimal-qərbdə, zəlzələnin ocağı isə 35 km dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, tələfat və dağıntılar barədə hər hansı məlumat yoxdur. Rəsmilər vəziyyəti nəzarətdə saxladıqlarını bildiriblər.