Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.
Trend-in ADY-yə istinadən verdiyi məlumata görə, əlavə reyslər aşağıdakı tarix və saatlarda həyata keçiriləcək:
3 iyul, saat 07:30 – Bakı-Qəbələ
4 iyul, saat 19:00 – Qəbələ-Bakı
Əlavə reyslər sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədi daşıyır.