...

“Neftçi” Murad Xaçayev və Elvin Bədəlovun transferini rəsmiləşdirib (FOTO)

İdman Materials 28 İyun 2025 21:44 (UTC +04:00)
“Neftçi” Murad Xaçayev və Elvin Bədəlovun transferini rəsmiləşdirib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Neftçi” klubu yay transfer pəncərəsi çərçivəsində daha iki futbolçunu heyətinə cəlb edib.

Trend-in məlumatına görə, Murad Xaçayev və Elvin Bədəlov paytaxt təmsilçisi ilə müqavilə imzalayıblar. Hər iki müdafiəçi ilə 2 illik razılıq əldə olunub.

27 yaşlı Murad Xaçayev Donetsk “Şaxtyor”unun yetirməsidir və 2019–2025-ci illərdə “Sumqayıt” klubunda çıxış edib. O, həmin dövrdə “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynamışdı. Xaçayev Azərbaycan milli komandasında 1 oyun keçirib və Premyer Liqanın 2024/2025 mövsümündə 35 matçda meydana çıxaraq 1 qola imza atıb.

Azərbaycan millisinin üzvü Elvin Bədəlov da “Sumqayıt” klubundan “Neftçi”yə transfer olunub. 30 yaşlı futbolçu Sankt-Peterburq “Zenit”inin yetirməsidir və 2014–2017-ci illərdə də “Neftçi”nin heyətində çıxış edib. O, 2024/2025 mövsümündə Premyer Liqada 33 oyunda iştirak edib və 3 qol vurub.

Hər iki futbolçunun “Neftçi”yə qoşulması komandanın müdafiə xəttini gücləndirmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti