...

Fransada “Telegram”da sifarişli qətl xidməti aşkar edilib

Dünya xəbərləri Materials 29 İyun 2025 03:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada “Telegram” messencerində fəaliyyət göstərdiyi iddia olunan “UberKills” adlı sifarişli qətl xidməti ortaya çıxıb.

Trend-in Le Monde qəzetinə istinadla verdiyi məlumata görə, bu platforma vasitəsilə artıq ən azı bir qətlin törədildiyi ehtimal olunur. Belə ki, 2024-cü ilin aprel ayında ölkənin şərqində yerləşən Vol-an-Velen şəhərində narkotik alverçisi Abdel Hakim B. başından güllələnərək qətlə yetirilib.

Bundan əlavə, Fransada “UberShit” adı ilə fəaliyyət göstərən, qida çatdırılması görüntüsü altında narkotik daşıyan bir xidmətin də mövcud olduğu bildirilir. Lion polisi bu halları “cinayətin uberizasiyası” kimi qiymətləndirib — yəni cinayətkar fəaliyyətlərin rəqəmsal platformalar vasitəsilə sifarişlə həyata keçirilməsi tendensiyası.

Fransada bu cür qanunsuz rəqəmsal xidmətlərin artması ciddi narahatlıq doğurur. Xatırladaq ki, ölkədə daha əvvəl də təhlükəli hadisələr baş verib — o cümlədən küçə musiqisi festivalında 145 yeniyetməyə içərisində naməlum maddə olan şprislərin vurulması faktı qeydə alınıb, bir neçə şəxs xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti