...

Teymur Rəcəbov Moskvadakı turnirinin rapid mərhələsini 5-ci pillədə başa vurub

İdman Materials 29 İyun 2025 01:36 (UTC +04:00)
Teymur Rəcəbov Moskvadakı turnirinin rapid mərhələsini 5-ci pillədə başa vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada keçirilən "Şahmat Ulduzları 5.0" beynəlxalq turnirində rapid mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 9 turda 5 xal toplayaraq yekun sıralamada 5-ci yeri tutub.

Son üç turda Rəcəbov Valentinina Qunina, Raunak Sanhvani və Yifan Hu ilə heç-heçə oynayıb və hər oyundan yarım xal əldə edib.

Turnirin rapid mərhələsinin qalibi 7 xalla rusiyalı şahmatçı Vladislav Artemyev olub.

Qeyd edək ki, yarış bu gün və sabah davam edəcək. Blits mərhələsində ümumilikdə 18 tur keçiriləcək.

Xəbər lenti

Xəbər lenti