...

Suriyada böyük miqdarda narkotik müsadirə edilib

Dünya xəbərləri Materials 29 İyun 2025 07:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son iki gün ərzində Suriyanın Livanla sərhəd bölgələrində keçirilən xüsusi əməliyyatlar nəticəsində təxminən 3,5 milyon kaptaqon həbi, eləcə də çoxlu miqdarda həşiş və marixuana ələ keçirilib.

Trend xəbər verir ki, Suriyanın SANA dövlət agentliyinə istinadla yayılan məlumata görə, iyunun 27-də əl-Cəracir bölgəsində təxminən 3 milyon kaptaqon həbi və 50 kiloqram həşiş, iyunun 28-də isə Nəbək bölgəsində 500 min kaptaqon həbi, 500 həşiş bağlaması və 165 kiloqram marixuana müsadirə edilib.

Suriya Daxili İşlər Nazirliyi bildirib ki, narkotik vasitələr yük maşınında ölkəyə daxil olub və bu hadisələrlə bağlı iki nəfər saxlanılıb.

Qeyd edək ki, kaptaqon amfetamin tərkibli güclü narkotik vasitədir və son illərdə Yaxın Şərqdə ən çox yayılmış sintetik narkotiklərdən biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti