...

Kolumbiyada torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb

Dünya xəbərləri Materials 29 İyun 2025 10:12 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiyanın Bello bələdiyyəsində torpaq sürüşməsi nəticəsində azı 23 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə bələdiyyənin hakimiyyət orqanları "X" səhifəsində yazıb..

"Bu fövqəladə hadisə nəticəsində həlak olan 23 nəfərin ailələrinə həmrəy olduğumuzu bildiririk", - deyə bildirilib.

Daha 13 nəfər hələ də itkin düşmüş sayılır.

Məluata əsasən, hadisə nəticəsində 1 948 xəsarət alıb. Dağıntılar altından 23 nəfər xilas edilib.

Qeyd edək ki, iyunun 24-də Bello şəhərinin Qranisal yaşayış məntəqəsində torpaq sürüşməsi baş verib.

Xəbər lenti

Xəbər lenti