...

Yekaterinburqda dördüncü şəxsin məhkəməsi keçirilir (YENİLƏNİB-5)

Gündəm Materials 29 İyun 2025 15:11 (UTC +04:00)
Yekaterinburqda dördüncü şəxsin məhkəməsi keçirilir (YENİLƏNİB-5)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yekaterinburq Lenin Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilir.

Trend-in məlumatına görə, iş üzrə dördüncü şübhəli şəxs Lalayev Şahin Məmmədəli oğludur.

Hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

xxx

14:54

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı barəsində həbs qətimkan tədbiri seçilən üçüncü şəxs Ayaz Səfərov olub.

Trend-in məlumatına görə, onun da barəsində iş üzrə saxlanılan digər iki azərbaycanlı - Məzahir və Akif Səfərovlar kimi, 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Yerli mətbuatın məhkəmə zalından yayımladığı videoda Ayaz Səfərovun üzündə xəsarət izləri görünür.

xxx

13:28

Yekaterinburqda şübhəli şəxs qismində saxlanılan daha bir azərbaycanlı - Ayaz Səfərov məhkəmə salonuna gətirilib.

xxx

13:23

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində 22 günlük həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, o, şübhəli şəxs qismində tanınır.

xxx

12:43

Məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.

Trend-in məlumatına görə, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var.

xxx

12:07

Rusiyanın Yekaterinburq şəhərində zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, o, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti