Bakı. Trend:
Türkiyənin müxtəlif vilayətlərində meşə yanğınlarının baş verməsində əlaqəli olmaqda şübhəli bilinən 17 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunç "X" sosial şəbəkəsində yazıb.
"Yanğınlarla bağlı prokurorluq tərəfindən aparılan çoxşaxəli və hərtərəfli araşdırmalar çərçivəsində bu günədək 17 şübhəli şəxs saxlanılıb", - deyə nazir bildirib.
O qeyd edib ki, söhbət iyunun 26-28-də respublikanın bir sıra əyalətlərində başlayan yanğınlardan gedir.
Nazirin sözlərinə görə, məhbuslar Biləcik vilayətindəki islah müəssisəsindən ehtiyat tədbiri olaraq təxliyə edilib.
"1081 məhbus sağ-salamat qonşu əyalətlərdəki islah müəssisələrinə köçürülüb. Bu barədə ailə və yaxınlarına məlumat verilib", - deyə o əlavə edib.