...

Bakıda son beş ayda 14 milyard manatadək məhsul satılıb

Cəmiyyət Materials 30 İyun 2025 11:03 (UTC +04:00)
Bakıda son beş ayda 14 milyard manatadək məhsul satılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 % artaraq 13 milyard 761,5 milyon manat olub.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin saytında məlumat dərc edilib.

Məlumat üçün bildirək ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5,7 % artaraq 7508,1 milyon manata, qeyri-ərzaq malları isə 3,8 % artaraq 6253,4 milyon manat olub.

Əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,5 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,0 % artıb.

İstehlak məhsullarının 39,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,6 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,8 %-i isə paytaxtın əmtəə bazarlarında satılıb.

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23 milyard 341,3 milyon manatlıq, o cümlədən 13 milyard 73,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 267,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Beləliklə hesabat dövründə paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi ölkənin ümumi ticarət dövriyyəsinin 59 %-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti