Bakı.Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri
aşağıdakı kimi müəyyən edilib:
- orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının
61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250
manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxslərə 180 manat;
- ailə başçısını itirməyə görə 140 manat;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140
manat;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140
manat;
- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;
- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş
uşaqlar istisna olmaqla) görə 240 manat;
- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş
uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat,
7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650
manat;
- uşağın anadan olmasına görə 600 manat;
- dəfn üçün 600 manat.