Bakı. Trend:
Hindistanın Telanqana ştatında yerləşən kimya zavodunda yanğınla müşayiət olunan partlayış baş verib.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Paşamilaram şəhərində “Sigachi Industries” şirkətinə aid müəssisədə baş verib. Əraziyə çoxlu sayda xilasedici və yanğınsöndürmə texnikası göndərilib.
Qeyd edilir ki, hadisə nəticəsində azı 10 fəhlə həlak olub, 20 nəfər yaralanıb. Dağıntılar arasında itkin düşmüş şəxslərin axtarışı aparılır.