Bakı. Trend:
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukrayanın paytaxtı Kiyevə elan olunmamış səfər edib.
Trend xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.
Məlumata görə, Vadeful Kiyevə çatdıqdan sonra Almaniya hökumətinin Ukraynaya dəstəyi tam şəkildə davam etdirəcəyini bildirib. Bu dəstəyə “müasir hava hücumundan müdafiə sistemləri və digər silahlar, humanitar və iqtisadi yardım” da daxildir.
O qeyd edib ki, Almaniya Avropa İttifaqı və G7 tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işi davam etdirəcək.