Bakı. Trend:
Pakistanın Bəlucistan əyalətində antiterror əməliyyatı keçirilib.
Trend xəbər verir ki, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib.
Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub.
Qarşıdurma zamanı iki terrorçu zərərsizləşdirilib.