Bakı. Trend:
2025-ci il ərzində 220, 2026-cı ildə isə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, eyni zamanda bu il 200, növbəti ildə isə 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparırıq.
"Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş 40 uşağın, 2026-cı ildə isə daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük.
Eyni zamanda 2025-ci il üzrə 165, 2026-cı il üzrə isə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır"- deyə o əlavə edib.