...

Rusiya Avropanın 15 nəşrinin internet səhifələrinə girişi məhdudlaşdırıb

Dünya xəbərləri Materials 30 İyun 2025 15:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya 15 Avropa nəşrinin saytlarına girişi məhdudlaşdırıb.

Trend bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Avropa İttifaqı Şurası tərəfindən 16-cı sanksiyalar paketi çərçivəsində cari ilin fevral ayında təsdiqlənmiş, "Eurasia Daily", "Fondsk", "Lenta", "News Front", "Rubaltic", "South Front", Strateji Mədəniyyət Fondu və "Krasnaya Zvezda" da daxil olmaqla, səkkiz rus nəşri və informasiya kanalına qarşı tətbiq olunan növbəti məhdudiyyətlərə cavab olaraq, Rusiya tərəfi cavab tədbiri olaraq Rusiya Federasiyası ərazisindən Aİ-yə üzv olan və dezinformasiya yayılmasında iştirak edən 15 media orqanının internet resurslarına girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.

Rəsmi Brüssel və Aİ-yə üzv dövlətlərin paytaxtları Rusiya KİV-lərinə qarşı yönəlmiş qadağalar və əsassız məhdudiyyətlər, eləcə də, digər siyasi motivli repressiya formalarına Rusiya tərəfindən adekvat cavabın veriləcəyini dəfərlə xəbərdar etmişdi.

Bu hadisələrin inkişafına görə tam məsuliyyət, bütün beynəlxalq öhdəliklərini – media plüralizmi və informasiyaya sərbəst çıxış təminatı sahəsindəki öhdəliklərini pozaraq sanksiyalar spiralını qəsdən dərinləşdirən Avropa İttifaqı və onun qərarlarını dəstəkləyən üzv ölkələrin üzərinə düşür", – deyə nazirliyin məlumatında bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti