Bakı. Trend:
Yeni dövlət standartlarının tətbiqi toxuculuq məmulatlarının istehsalı zamanı şəffaflıq və etibarlılığın təmin olunmasına, eləcə də beynəlxalq və yerli bazarlarda daha yüksək keyfiyyətli məhsulların təqdim edilməsinə imkan yaradacaq.
Trend bu barədə AZSTAND-a istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin
tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)
tərəfindən
AZS ISO 1833-13 “Toxuculuq məmulatları – Kəmiyyət kimyəvi analizi -
13-cü hissə: Müəyyən xlor tərkibli liflərin digər liflərlə
qarışıqları (karbon disulfid/asetondan istifadə üsulu)”, AZS ISO
1833-14:2025 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi -
14-cü hissə: Asetatın bəzi digər liflər ilə qarışıqları (buzlu
sirkə turşusundan istifadə üsulu)”, AZS ISO 1833-15:2025 “Toxuculuq
məmulatları - Kəmiyyət kimyəvi analizi - 15-ci hissə: Jütün bəzi
heyvan lifləri ilə qarışıqları (azotun miqdarının təyin edilməsi
üsulu)”, AZS ISO 1833-16:2025 “Toxuculuq məmulatları - Kəmiyyət
kimyəvi analizi - 16-cı hissə: Polipropilen liflərin bəzi digər
liflərlə qarışıqları (ksiloldan istifadə üsulu)”, AZS ISO
1833-17:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi -
17-ci hissə: Sellüloza lifləri və müəyyən liflərin xlor tərkibli
liflər və digər liflərlə qarışıqları (qatı sulfat turşusundan
istifadə üsulu)”, AZS ISO 1833-20:2025 “Toxuculuq məmulatları -
Kəmiyyət kimyəvi analizi – 20-ci hissə: Elastanın bəzi digər
liflərlə qarışıqları(dimetilasetamiddən istifadə üsulu)”, AZS ISO
1833-21:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi -
21-ci hissə: Xlor tərkibli liflərin, müəyyən modakrillərin, müəyyən
elastanların, asetatların və triasetatların bəzi digər liflərlə
qarışıqları (sikloheksanondan istifadə üsulu)”, AZS ISO
1833-29:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi -
29-cu hissə: Poliamidin polipropilen/poliamid ikikomponentli
qarışıqları (sulfat turşusundan istifadə üsulu)” yeni dövlət
standartları qəbul edilib.
Yeni dövlət standartlarının qəbul edilməsində məqsəd toxuculuq məmulatlarında lif tərkibinin dəqiq və etibarlı şəkildə müəyyənləşdirilməsi, bu məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi və istehsal prosesində beynəlxalq tələblərə uyğunluğun artırılmasıdır.
Bu standartlar həmçinin toxuculuq sahəsində müxtəlif tərkibli lif qarışıqlarının standartlarda təsvir edilən sınaq üsulları ilə analizini əhatə edir.
Yeni dövlət standartları “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 45) tərəfindən qəbul olunub və AZSTAND-ın Standartlaşdırma Üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, sözügedən standartlar Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nin icrası məqsədilə istinad standartı kimi qəbul edilib.